MİNGƏÇEBİRDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQLA BAĞLI TƏLİM-SEMİNAR KEÇİRİLƏCƏK

Tədbirlər
11 noyabr 2014 | 11:11   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif  Rəhimzadə, deputat Aydın Mirzəzadə və Milli Məclis  Sədrinin köməkçisi, MDB PA-da parlamentin daimi nümayəndəsi Aydın Cəfərov  “Azərbaycanda  bələdiyyə  seçkilərinə hazırlıq  və onun  keçirilməsinin monitorinqi  üçün müşahidəçilərin  hazırlanması  üzrə  təlim-seminar”da  iştirak etmək üçün noyabrın 13-dən 16-dək Mingəçevir şəhərində səfərdə olacaqlar.
Azərbaycanın iri  sənaye  şəhərlərindən biri olan  Mingəçevirdə  bu tədbir  MDB Parlament Assambelyasının  təşəbbüsü ilə keçirilir.  Milli Məclisin nümayəndələri təlim iştirakçılarına bu sahədə dünya  ölkələrinin təcrübəsindən, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı ölkəmizin qısa  müddətdə əldə  etdiyi  nailiyyətlərdən danışacaq, seçki prosesinin  təkmilləşdirilməsi və bələdiyyə  seçkilərində uğurlu  nəticələr  əldə  olunması ilə bağlı tövsiyələrini bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU