TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
14 noyabr 2014 | 06:11   
Paylaşın:        

Noyabrın 14-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirildi.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi daxildir. Sənəddə sazişin əhatə dairəsi, anlayışlar, səlahiyyətli orqanlar, təhlükəsizlik üzrə təsnifatın dərəcələri və qriflər, məxfi məlumata buraxılış, təhlükəsizlik qaydaları və digər maddələr öz əksini tapmışdır. Qanun layihəsi Azərbaycan dövlətinin maraqlarına cavab verir və mühüm əhəmiyyətə malikdir.
Müzakirələr zamanı komitə üzvləri qanun layihəsi barədə rəy və təkliflərini bildirdilər, sənədin əhəmiyyətindən danışdılar.
Sonda qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU