AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
20 noyabr 2014 | 04:11   
Paylaşın:        

Noyabrın 20-də Milli Məclisin  Aqrar  siyasət  komitəsinin növbəti  iclası  keçirildi. İclası aparan komitə  sədri Eldar İbrahimov  bildirdi ki,  gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi  daxil edilib.
Layihə  barədə  danışan  Milli Məclis Aparatı İqtisadi  qanunvericilik şöbəsinin müdir  müavini – Aqrar  qanunvericilik sektorunun müdiri Vilayət  Əlizadə  bildirdi ki, 2014-cü il oktyabrın 16-da prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı imzalanan sənəd insan sağlamlığı və bitkilərin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bitki karantini hər bir dövlətin daima diqqət mərkəzində və nəzarətində olan aqrar bölmənin mühüm sahəsidir. Buradakı hər hansı bir nöqsan  insan tələfatına və bitkilərin məhvinə səbəb ola, həm də  ölkə iqtisadiyyatına külli miqdarda ziyan vura bilər. Saziş bu istiqamətdə  əməkdaşlığın gücləndirilməsi üçün mühüm rol oynayır. Qeyd  olundu ki, 13 maddədən ibarət olan sazişdə bitki karantini sahəsində əməkdaşlıq üçün  vacib olan amillər əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU