QOBUSTAN RAYONUNDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Tədbirlər
16 mart 2015 | 11:03   
Paylaşın:        

Martın 14-də Novruz bayramı ərəfəsində, Milli Məclisin nümayəndələri həmişə olduğu kimi Qobustan rayonunda məskunlaşmış qaçqınların və məcburi köçkünlərin görüşünə gəlmişlər.
Milli Məclisin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rayonda məskunlaşmış, öz yurd-yuvalarından erməni işğalı nəticəsində didərgin düşmüş insanlarla görüş keçirmişlər. Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünləri Milli Məclisin rəhbərliyi adından təbrik edən nümayəndə heyətinin üzvləri onlara öz ürək sözlərini söyləmişlər. 
Görüşdən sonra rayonda məskunlaşmış 166 ailəyə bayram sovqatı təqdim edilmişdir.


Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU