Milli Məclisdə uşaq hüquqları haqqında dinləmələr keçirildi

Komitə iclasları
19 mart 2012 | 05:03   
Paylaşın:        

Martın 19-da Milli Məclisin Sosial siyasət komitəsi, “İrəli” İctimai Birliyi, “Save the Children” (Uşaqların xilası) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları ilə bağlı qanunvericilik: reallıqlar, boşluqlar və islahatlar” mövzusunda dinləmələr keçirildi.
       Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından və bu sahədə görülən işlərdən danışdı. Bildirdi ki, Azərbaycan Beynəlxalq Uşaq hüquqları Konvensiyasına qoşulmuş və Milli Məclis uşaqlar haqqında bir sıra  qanunlar qəbul etmişdir.
       Dinləmələr zamanı Azərbaycanın müxtəlif məktəblərindən seçilmiş 30-a yaxın nümayəndə deputatlar qarşısında uşaq hüquqlarının və iştirakçılığının təmin edilməsi məqsədi ilə bir çox təkliflərlə çıxış etdilər, millət vəkilləri, uşaq hüquqları üzrə ekspertlər və digər iştirakçılar da uşaq hüquqları ilə bağlı mövcud vəziyyətdən danışaraq uşaqların təkliflərinə öz münasibətlərini bildirdilər.
       Dinləmələrdən sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli diqqətə çatdırdı ki, məqbul hesab edilən təkliflər qanunların qəbulu zamanı nəzərə alınacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU