İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA


Komitə sədri onu da vurğuladı ki, sənəd ölkə vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydalarını müəyyən edir. 17 maddədən ibarət layihədə vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, baxılma müddəti, vətəndaşların qəbul edilməsi qaydaları və digər vacib məsələlər əksini tapır. Hər bir maddədə vətəndaşların konstitusion hüquqlarının qorunmasına xidmət edir. Burada vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyənləşdirən 10-dan çox müraciət forması var. Layihədə qanunun tələblərinin pozulmasına görə şəxslərin Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşımaları prinsipləri də əks olunmuşdur.
İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, deputatlardan Yevda Abramov, Rəfael Cəbrayılov çıxış edərək sənədin əhəmiyyətindən danışdılar, təklif və tövsiyələrini səsləndirdilər. Bildirildi ki, bu gün ölkədə gedən sürətli proseslər vətəndaşla dövlət arasında daha səmərəli münasibətlərin yaranması üçün yeni qanun layihəsinin hazırlanmasını zəruri etmişdir. Yeni sənədin əhatə dairəsi mövcud qanundan xeyli genişdir. Vətəndaşlar hər zaman müraciət hüququndan istifadə edə biləcəklər.
Ətraflı müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti