Avronest Parlament Assambleyasının İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Aİ siyasətinə uyğunlaşmaq üzrə komitənin iclasında

Tədbirlər
02 aprel 2012 | 07:04   
Paylaşın:        

Aprelin 2-də Milli Məclisdə Avronest Parlament Assambleyasının növbəti sessiyası çərçivəsində İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Aİ siyasəti ilə uyğunlaşmaq komitəsinin iclası keçirildi.
Tədbiri komitə sədri, İsveçli deputat Göran Farm açaraq iclasın Bakıda keçirilməsindən məmnun olduğunu bildirdi. Sonra gündəlik layihəsi səsə qoyularaq qəbul edildi.
Tədbirdə iştirak edən İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova ölkəmizdə gedən iqqdisadi inkişaf haqqında geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, Avropa İttifaqı ticarət sahəsində Azərbaycanın əsas əməkdaşıdır, ölkəmizdə 650-ə yaxın Avropa şirkəti fəaliyyət göstərir.  Azərbaycan Aİ layihələrində fəal iştirak edir. Qurum ölkəmizə 120 milyon dollara yaxın sərmayə yatırması barədə məlumat verdi.
Tədbirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə iştirakçılara məlumat verilərək, iqtisadiyyatda əldə olunan uğurlardan danışıldı. Nazir müavini Azərbaycanın torpaqlarının 20%-nin erməni işğalı altında olduğunu qeyd edərək, bu problemin regionda gedən iqtisadi inkişafa böyük əngəl törətdiyini xüsusi vurğulandı.
İclasda quruma üzv ölkələrin Avropa siyasətinə uyğunlaşması üzrə hazırlanan məruzə dinlənildi.
Sonra gündəlikdəki məsələlərə təklif edilən əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edildi.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU