REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
11 sentyabr 2015 | 05:09   
Paylaşın:        

Sentyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin  növbəti  iclası keçirildi.  Komitə sədri payız sessiyasının başlanması  münasibəti ilə həmkarlarını təbrik etdi. Sonra o, cari ilin ötən  sessiyası  dövründə  komitənin fəaliyyəti  barədə  hesabat xarakterli məlumat verdi.  Bildirildi ki, həmin  dövrdə  komitənin 6  iclası  keçirilib, 10 qanun layihəsi hazırlanaraq  parlamentdə  qəbul  edilib.  Arif  Rəhimzadə  qeyd  etdi ki, sessiya müddətində komitəyə 200-dən artıq məktub, ərizə  və şikayət daxil olub, 655  vətəndaşın qəbulu həyata  keçirilib və onların  problemlərinin  həllinə  mümkün olan köməklik  göstərilib.  Komitə  sədri   qarşıdakı  sessiya   dövründə  görüləcək  işlər  barədə   məlumat verdikdən sonra  gündəlikdəki  məsələlərin müzakirəsinə  başlanıldı. 
İclasda “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanuna edilən dəyişiklik deputatlar  tərəfindən  razılıqla  qarşılandı.
Arif  Rəhimzadə bildirdi ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” qanun  layihələrindəki dəyişikliklər “Avtomobil yolları haqqında” qanunun müddəalarına uyğunlaşdırma  məqsədi ilə   həyata  keçirilir. 
İclasda “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, “Torpaq bazarı” və “Torpaq islahatı” haqqında qanun layihələrində dəyişikliklər müzakirə edildi. Qeyd  olundu ki, bu dəyişikliklərə əsasən, qanunlarda “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözləri “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz edilir.
 Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU