TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
16 sentyabr 2015 | 05:09   
Paylaşın:        

Sentyabrın 16-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin  növbəti islası keçirildi. Milli  Məclis  Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov  gündəlikdəki  məsələlərin hər birini ətraflı şərh  etdi.  
Əvvəlcə  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə  Respublikası  Hökuməti  arasında  xüsusi  təyinatlı  qüvvələrin  təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma  Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olundu. Bundan sonra komitədə “Hərbi qulluqçuların statusu” və “Fövqəladə  hallar orqanlarında  xidmətkeçmə  haqqında” sənədlərə edilən  dəyişikliklərə baxıldı. 
 “Azərbaycan  Respublikasının  1997-ci il 3  oktyabr  tarixli  377-İQ nömrəli  qanunu  ilə  təsdiq  edilmiş “Hərbi  xidmətkeçmə  haqqında Əsasnamə”də  dəyişikliklər  edilməsi  barədə qanun layihəsini deputatlar  razılıqla  qarşıladılar. 
 “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası  Hökuməti  arasında  fövqəladə  halların  xəbərdar  edilməsi və  aradan  qaldırılması  sahəsində əməkdaşlıq  haqqında”  qanun layihəsi barədə fikirlərini  bildirən  Ziyafət  Əsgərov sənədin yüksək  əhəmiyyətindən danışdı. 
Daha  sonra iclasda “NATO-nun Əfqanistandakı  Qətiyyətli Dəstək  Missiyasında Azərbaycanın iştirakının  təmin  edilməsi haqqında” Azərbaycanın  müdafiə naziri ilə NATO-nun baş katibi  arasında  məktublar  mübadiləsi  formasında  Sazişin  təsdiq  edilməsi  haqqında  sənədin müzakirəsi  keçirildi.  Komitə  üzvləri qanun layihəsinin zəruriliyini  vurğuladılar.
Müzakirələrdən sonra qanun layihələrinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olundu.


Milli Məclisin

Mətbuat  xidməti  

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU