SƏMƏD SEYİDOV MONİTORİNQ KOMİTƏSİNİN SƏDR MÜAVİNİ SEÇİLİB
Sentyabrın 28-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin iclası olub. İclasda quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.
Seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yekdilliklə Monitorinq komitəsinin sədr müavini vəzifəsinə seçilib.
Səməd Seyidov bununla bağlı mətbuata verdiyi açıqlamada deyib: “Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir Monitorinq Komitəsində fəaliyyət göstərirəm. Fikrimcə, bu Azərbaycana göstərilən etimadın göstəricisidir. Xüsusilə Monitorinq Komitəsinin, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir”.
Milli Məclisin
Mətbuat xidməti