AVRONEST PARLAMENT ASSAMBLEYASININ İKİNCİ SESSİYASI BAŞA ÇATDI

Tədbirlər
04 aprel 2012 | 06:04   
Paylaşın:        

Aprelin 4-də Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci plenar sessiyası işini davam etdirdi. Avronest PA-nın həmsədri Boris Tarasyuk bu təşkilatın prosedur qaydalarının təkmilləşdirilməsinin əhəmiyyətindən danışdı və prosedur qaydalarına dair işçi qrupunun səlahiyyət müddətinin uzadılmasını təklif etdi. Sonra bu məsələ ilə əlaqədar qərar layihəsi səsə qoyularaq qəbul edildi.
İclasın gedişində təşkilatın 3-cü plenar sessiyasının 28-29 may 2013-cü il tarixində Brüsseldə keçirilməsi barədə razılığa gəlindi. Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov Assambleyanın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq üzrə Komitəsinin iclasının 2012-ci ildə, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə Komitənin iclasının isə 2013-cü ildə  Azərbaycanda keçirilməsini təklif etdi. Təşkilatın həmsədri Boris Tarasyuk bu təklifə görə təşəkkürünü bildirdi və onun nəzərə alınacağını diqqətə çatdırdı.
İclasda təşkilata üzv olan ölkələrin qadınlarının və gənclərinin sıx əməkdaşlıq etmələrinin vacibliyi barədə də fikirlər səsləndi.
Avronest PA-nın Bakıda keçirilən 2-ci plenar sessiyasına yekun vuran təşkilatın həmsədrləri bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə və iştirakçılar üçün lazımi iş şəraitinin yaradılmasına görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirdilər. Həmsədrlər təşkilata üzv olan 3 ölkədə yaxın vaxtlarda parlament seçkilərinin keçiriləcəyini də diqqətə çatdırdılar və onlara uğurlar arzuladılar.
Bununla da sessiya işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti
  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU