ATƏT PA-nın BAŞ KATİBİNDƏN TƏŞƏKKÜR MƏKTUBU ALINMIŞDIR

Tədbirlər
11 fevral 2016 | 03:02   
Paylaşın:        

Bu günlərdə ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montella Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar xanım Muradovaya təşəkkür məktubu ünvanlamışdır. Məktubda onun təşkilatda Baş katib kimi yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrikə görə minnətdarlıq bildirilir, bu vəzifədə nümayəndə heyətinə, eləcə də qurumun bütün üzvlərinə dəstək olacağı ifadə olunur. 
Roberto Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycanla əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏT regionunun bütün xalqları naminə işləyəcəyini bildirir.
Təşəkkür məktubunda bildirilir ki, təşkilatın sədri cənab İlkka Kanevra tərəfindən bu yaxınlarda Kristian Vigenin Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunmuşdur. Baş katib yeni nümayəndənin region üçün mühüm əhəmiyyət daşıyan məsələlərin həllində səylərini əsirgəməyəcəyinə və bu işi daha da canlandıracağına əminliyini ifadə edir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU