AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Komitə iclasları
03 mart 2016 | 12:03   
Paylaşın:        
Martın 7-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları, Monitorinq və Mədəniyyət komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin üzvləri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov, deputatlar Elxan Süleymanov, Vüsal Hüseynov və Müslüm Məmmədov iştirak edəcəklər. 
İclaslarda  Avropa institutlarının şəffaflığı, dinc nümayişlər zamanı insan hüquqları pozuntularının qarşısının alınması, 2010-cu ilin 10 aprel tarixində Polşa nümayəndə heyətini daşıyan TU-154 təyyarəsinin Rusiya Federasiyasında qəzaya uğraması, İnternetdə fikir azadlığı, Mədəniyyət və demokratiya, Şərqi və Mərkəzi Avropada regional dillərin təbliği, Gənclər korrupsiyaya qarşı və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. 
Milli Məclisin deputatları müzakirə olunacaq məsələlər barədə çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
    
Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU