AVRASİYA İQTİSADİ SAMMİTİNDƏ

Komitə iclasları
04 aprel 2016 | 04:04   
Paylaşın:        

 Milli Məclis Sədrinin  müavini, Təbii  ehtiyatlar, energetika  və ekologiya komitəsinin  sədri Valeh Ələsgərov Mərmərə Qrupu Strateji  və Sosial  Araşdırmalar  Mərkəzi tərəfindən  keçiriləcək 19-cu Avrasiya  İqtisadi Sammitində  iştirak  etmək  üçün aprelin 5-dən  9-dək Türkiyədə  səfərdə olacaq.
İstanbul  şəhərində  keçiriləcək toplantıda dünya  enerji  bazarında  vəziyyət və bunun iqtisadiyyatın inkişafına təsiri, qlobal iqlim dəyişkənliyinə  təsir edən amillər, Avrasiya  məkanında  iqtisadiyyatın artım  perspektivləri,  Yaxın  Şərqdə  gərginliyin  ətraf  ölkələrin iqtisadi vəziyyətinə  təsirləri, miqrant  problemləri  və  digər  məsələlər müzakirə  ediləcək.  Sammit çərçivəsində dünyada terrorizmlə  mübarizəyə həsr  olunan  ayrıca  sessiyanın da  keçirilməsi nəzərdə  tutulur. 
Vitse-spiker Sammitdə  “Qlobal  iqlim  dəyişkənliyinə mənfi təsir  edən amillərin  azaldılması” mövzusunda  çıxış  edəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU