DƏYİRMİ MASADA
Aprelin 21-də Milli Məclisdə “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri İnsan hüquqları komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və UNİCEF birgə təşkil etmişdilər.
Dəyirmi masanın açılışında Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Müstəqillik dövründə milli qanunvericiliyimiz bu sahədə böyük inkişaf yolu keçib, ildən-ilə təkmilləşib. Hüquqi bazanın zənginləşdirilməsində beynəlxalq təcrübə nəzərə alınır. Azərbaycan parlamenti cəmiyyətdən gələn təşəbbüslərə daim diqqətlə yanaşır. Bugünkü müzakirələrdən səmərəli təkliflər gözləyirik.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze uşaq hüquqlarının qorunması sahəsində ölkəmizdə gördükləri işlərdən danışdı, bir sıra təkliflər irəli sürdü. BMT-nin Uşaq hüquqlarına dair Konvensiyasının 37-ci, 38-ci və 40-cı maddələrini şərh edərək ədalət mühakiməsi zamanı yetkinlik yaşına çatmayanlara mümkün qədər az cəza verilməsinin vacibliyini qeyd etdi. Bu kateqoriyadan olanlara verilən ağır cəzanın müddətinin 10 ildən 8 ilə endirilməsini daha məqsədəuyğun saydı.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems öncə yuvenal ədliyyəyə dair müzakirələrin təşkilinə görə Milli Məclisin rəhbərliyinə və UNİCEF-ə təşəkkürünü çatdırdı. Avropada bu sahədə olan vəziyyətdən və qanunvericilikdən bəhs etdi. Bütün Avropa ölkələrində, o cümlədən Azərbaycanda ədliyyə sistemində islahatların vacibliyini vurğuladı.
Sonra dəyirmi masa Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin moderatorluğu ilə işini davam etdirdi.
Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericilik və onun tətbiqinin inkişafı istiqamətində hazırlanmış təkliflər zərfini UNİCEF-in milli eksperti Nazir Quliyev təqdim etdi. Azərbaycanın bir sıra qanunvericilik aktlarına, o cümlədən Cəzaların İcrası, Cinayət və Cinayət Prosessual məcəllələrinə bəzi dəyişikliklər olunmasını nəzərdə tutan 8 bənddən ibarət təkliflər ətraflı şərh olundu.
Müzakirələr başlandı. Milli Məclisin deputatları Çingiz Qənizadə, Əflatun Amaşov, Rafael Cəbrayılov, Astan Şahverdiyev, Tahir Kərimli, Hikmət Məmmədov təkliflərə dair rəylərini açıqladılar.
Səmərəli fikir mübadiləsində Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nəzdində fəaliyyət göstərən Yuvenal ədliyyə üzrə İşçi Qrupunun üzvləri də yaxından iştirak etdilər. Ombudsman aparatının nümayəndəsi Rəşid Rumzadə mövzu ilə bağlı bir sıra vacib məqamlara toxundu.
UNİCEF-in beynəlxalq eksperti Ursina Veidkuhn bu sahəyə dair İsveçrə təcrübəsindən söz açdı. Qurumun Uşaq müdafiəsi şöbəsinin müdiri Ramiz Behbudov vurğuladı ki, uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan qanunvericiliyi mükəmməldir və əsas etibarilə beynəlxalq qanunvericiliklə uzlaşır.
Çıxışlarda Azərbaycan parlamentinin insan hüquqları kontekstində uşaq hüquqlarına xüsusi əhəmiyyət verməsi, vaxtaşırı bu mövzuda konfranslar, dinləmələr, ictimai müzakirələr və digər tədbirlər keçirməsi, cəmiyyətdən gələn çağırışlara diqqət göstərərək qanunvericiliyi daim təkmilləşdirməsi minnətdarlıqla qeyd olundu.
Dəyirmi masanı yekunlaşdıran vitse-spiker Bahar Muradova mövzu ətrafında aparılan müzakirələri yüksək dəyərləndirdi.

Milli Məclisin
Mətbuat xidməti