KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
19 aprel 2012 | 05:04   
Paylaşın:        

Aprelin 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Elm və təhsil komitələrinin birgə iclası keçirildi.
İclası açan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli gündəlikdəki “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi ilə iştirakçıları tanış etdi. Qeyd edildi ki, sənəd 4 fəsil, 17 maddədən ibarətdir. Layihə əqli mülkiyyət hüquqlarının müdafiəsi, onların sahiblərinin maraqlarının qorunması, qeyri-qanuni istehsalının və bu sahədə hüquqpozmaların qarşısının alınması məqsədi ilə hazırlanıb.
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qanunun qəbulunun müəllif hüquqlarının qorunmasına xidmət edəcəyini və sənədin beynəlxalq normalara cavab verdiyini xüsusi vurğuladı.
Sonra iclasda iştirak edən Müəllif Hüquqları Üzrə Dövlət Agentliyinin direktoru Kamran İmanov sənədin bu sahədə mövcud boşluqları aradan qaldıracağını söylədi.
Çıxış edən millət vəkilləri təqdim olunan layihəni yüksək qiymətləndirdilər.
Sonda sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU