MİLLİ MƏCLİSİN DEPUTATI PARLAMENTLƏRARASI FORUMDA İŞTİRAK EDƏCƏK

Tədbirlər
23 sentyabr 2016 | 01:09   
Paylaşın:        
Sentyabrın 26-27-də Qazaxıstanın Astana şəhərində Parlamentlərarası Forum keçiriləcək. Forumda Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcək.
İSESKO və YUNESKO tərəfindən birgə təsis edilmiş forumda parlamentarilər, siyasətçilər, elmi birliklərin, medianın, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak edəcəklər. 
Tədbirdə üzv dövlətlərdə elm, texnologiya və innovasiyalar sahəsində idarəçiliyin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılacaqdır.
Deputat Bəxtiyar Əliyev müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU