AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

Tədbirlər
29 oktyabr 2016 | 03:10   
Paylaşın:        
Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcəkdir.
İclaslarda Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı iştirak edəcəklər.
Komitələrdə Avropa İttifaqı və Şərqi Avropanın tərəfdaş ölkələrində media azadlığının və inteqrasiyanın təminatı haqqında, həmçinin tərəfdaş ölkələrdə əmək bazarında qadınların vəziyyəti barədə hesabat layihələri, komitələrin 2017-ci il üçün fəaliyyət planı və digər məsələlər müzakirə ediləcəkdir. 
Səfər çərçivəsində Ukraynanın baş naziri, Ali Radanın sədri, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər də nəzərdə tutulmuşdur.  
Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər. 

Milli Məclisin 
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU