BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və komitənin üzvləri Azər Badamov, Malik Həsənov, Kamran Bayramov, Rüstəm Xəlilov, Cavid Osmanov, Tahir Rzayev noyabrın 14-dən 16-dək Şəmkir rayonunda səfərdə olacaqlar.
Deputatlarımız bu rayonda “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Parlamentarilər tədbirdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən söz açacaq, vətəndaşların yerli özünüidarəetmə qurumlarına etimadının artırılması ilə bağlı tövsiyələrini verəcək, nümunəvi bələdiyyələrin fəaliyyətindən danışacaqlar.
Milli Məclisin
Mətbuat xidməti