AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
08 dekabr 2016 | 04:12   
Paylaşın:        

Dekabrın 8-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişik edilməsi haqqında” qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilmişdir. 
İclasda məcəlləyə təklif olunan dəyişikliyi Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə təqdim etdi. Qeyd edildi ki, Məcəllənin İnzibati-ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli adlı 104-cu maddəsi yeni redaksiyada verilir. Düzəlişə əsasən, İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunla müəyyən edilmiş qaydada baxılır. Təklif olunan dəyişiklik sənədə ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydaları tənzimləyən yeni müddəaların əlavə olunması məqsədilə hazırlanmışdır. Əvvəlki redaksiyada bu məsələlərə xüsusi komissiyalar tərəfindən baxılırdı. İndi bu komissiyalar haqında Əsasnaməyə ehtiyac qalmır.
Çıxış edən komitə üzvləri Eldar Quliyev, Mahir Aslanov, Novruzəli Aslanov və Tahir Süleymanov qeyd edilən dəyişikliyi müsbət qiymətləndirdilər.
Sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU