AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
25 yanvar 2017 | 05:01   
Paylaşın:        

Yanvarın 25-də Aqrar siyasət komitəsi yaz sessiyasında ilk iclasına toplaşdı və üç məsələyə baxdı.
Komitənin sədri Eldar İbrahimov öncə 2016-cı il payız sessiyasının yekunlarından söz açdı. Bildirdi ki,  hesabat dövründə komitə qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun fəaliyyət göstərib. 7 iclasda 17 məsələ müzakirə edilib və həmin qanun layihələrindən 15-i Milli Məclisdə qəbul olunub. Komitəyə daxil olmuş 86 ərizə, şikayət və müraciət araşdırılıb, onlardan 34-ü tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitə sədri parlamentdə 25 vətəndaşı qəbul edib. Eldar İbrahimov vurğuladı ki, ölkədə aqrar islahatlar yüksək səviyyədə keçirildiyinə görə indi şikayətlər azalıb.
Fikir mübadiləsində deputatlar komitənin payız sessiyasında məhsuldar işlədiyini qeyd etdilər.
2017-ci ilin yaz sessiyasına dair iş planında Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı komitədə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” yeni qanun layihəsinin işlənib hazırlanması da nəzərdə tutulur. Deputatlar iş planını təsdiqlədilər.
Sonra iclasda Meşə Məcəlləsində dəyişikliyə dair sənədə baxıldı. Məcəllənin 22-ci maddəsində meşə fondu torpaqlarının icarəyə verilməsi qaydalarına təklif olunan dəyişiklik sahibkarlığın inkişafı baxımından məqbul sayıldı. Müzakirədən sonra qanun layihəsi  parlamentin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU