AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Yanvarın 25-də Milli Məclisin yaz sessiyasında Ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası oldu. Komitənin sədri Aqiyə Naxçıvanlı öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi.
Qeyd edildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, bu iclaslarda bir sıra məsələ, o cümlədən 4 qanun layıhəsi geniş müzakirə edilib. Mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub. Hesabatda bildirildi ki, payız sessiyasında komitəyə 283 müraciət daxil olmuş, həmin müraciətlərin 130-u baxılıb tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilmişdir. Sessiya müddətində komitə sədri 42 vətəndaşı qəbul edib. Deputatlar müxtəlif beynəlxalq və yerli tədbirlərdə fəallıq göstəriblər.
Sonra iclasda 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olundu. Bildirildi ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi yeni qanun layihələri ilə yanaşı Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra vacib qanunların müzakirəsi və işlənib tamamlanması da nəzərdə tutulur.
İclasda iştirak edən komitə üzvləri Astan Şahverdiyev, Tahir Rzayev, Ağacan Abıyev, Sədaqət Vəliyeva və Dilarə Cabrayılova iş planına dair rəylərini bildirib, bır sıra təkliflər verdilər.
Müzakirələrə yekun vuran komitə sədri Aqiyə Naxçıvanlı irəli sürülən təkliflərin nəzərə alınacağını qeyd etdi. Sonra komitənin iş planı təsdiqləndi.
Milli Məclisin
Mətbuat xidməti