ELM və TƏHSİL KOMİTƏSİNDƏ

Komitə iclasları
07 iyun 2017 | 06:06   
Paylaşın:        

İyunun 7-də Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələyə baxıldı.
İclasda qanun layihəsini Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təqdim etdi. Bildirdi ki, Azərbaycanda elm və təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün müzakirəyə çıxarılan sənəd ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə görə, həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
Fikir plüralizmi şəraitində keçən müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırdılar.
Yekunda “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU