MİLLƏT VƏKİLİNİN FİKİRLƏRİ YANLIŞ TƏQDİM EDİLİB

Tədbirlər
23 iyun 2017 | 11:06   
Paylaşın:        

Bu  günlərdə  bəzi mətbuat  orqanlarında Milli Məclisin İntizam Komissiyasının  sədri Ağacan Abıyevin “Milli Məclis  deputatının etik davranış qaydaları  haqqında”  qanun layihəsi ilə bağlı söylədiyi  fikirlər  ictimaiyyətə  tamamilə yanlış  təqdim olunub.  Guya Ağacan Abıyev  bu sənədin “mənasız və qeyri-ciddi”  olduğunu  söyləyib. Bununla  bağlı  Milli Məclisin Mətbuat  xidməti olaraq  deputat Ağacan Abiyevə  müraciət  etdik. O, müraciətimizə belə cavab verdi: “İyunun 20-də  Milli Məclisin  İnsan  hüquqları, Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitələrinin birgə  iclasında sənədin müzakirəsi  zamanı  dediyim  fikirlər və bununla əlaqədar mətbuata  açıqlamam  tamamilə  kontekstdən çıxarılıb.  Bu  qanun dünyanın əksər  ölkələrində  qəbul olunub. Çox da uğurla işləyir. Mən qanunun əhəmiyyətini  yüksək  qiymətləndirirəm. Heç kəs  bu sənədin  aktuallığını  şübhə  altına  ala bilməz. Əsla, qanun layihəsinin mahiyyətini azaldacaq bir  fikrə yol verməmişəm.  Sadəcə qanun layihəsində deputata verilən hədiyyələr məsələsinə münasibət bildirmişəm. Xahiş edirəm, mənim fikirlərim  cəmiyyətə  yanlış şəkildə  təqdim olunmasın.”


Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU