HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
15 noyabr 2017 | 04:11   
Paylaşın:        

Noyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin növbəti  iclası  keçirildi. 
Komitə  sədri  Əli Hüseynli  gündəliyə təqdim edilən Cinayət-  Prosessual və Cəzaların İcrası məcəllələrinə nəzərdə tutulan  dəyişikliklərlə  bağlı  ətraflı məlumat verdi. O,  bildirdi ki, sənədlərdəki  yeniliklər  Azərbaycanda  həyata  keçirilən  hüquqi  islahatların  vacib  elementi kimi  dəyərləndirilməlidir.
Qeyd  olundu ki, hər iki sənədə  edilən  dəyişikliklər  ölkə Prezidentinin “Penitensiar  sahədə  fəaliyyətin  təkmilləşdirilməsi,  cəza  siyasətinin humanistləşdirilməsi  və  cəmiyyətdən  təcridetmə ilə əlaqədar olmayan  alternativ cəza və  prosessual  məcburiyyət  tədbirlərinin  tətbiqinin  genişləndirilməsi  barədə” 10  fevral 2017-ci il tarixli  sərəncamının icrası ilə əlaqədar təklif edilir. Qanun  layihələrində sərəncamdan irəli  gələn cəza siyasətinin  humanistləşdirilməsi,  habelə  qanunvericiliyin  təkmilləşdirilməsi  məqsədi ilə  həbs qətimkan tədbirinin  tətbiq olunmasının  müstəsna  halları  sadalanır.
 Sənədlərdə həbsə  alternativ olan qətimkan  tədbirlərinin,  xüsusən də ev dustaqlığı və girovun tətbiq  edilməsi hallarının  genişləndirilməsi, cəzanı icra  edən orqan  və müəssisələrdə mövcud  olan nöqsanların  aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası  sahəsində  korrupsiyanı istisna  edən şəraitin tam  təmin olunması, müasir  texnoloji  vasitələrin  tətbiqi  kimi zəruri  məqamlar əksini tapır.
Millət  vəkilləri Rövşən Rzayev, Qüdrət  Həsənquliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Elşən Musayev, Tahir Kərimli, eləcə  də Ədliyyə  Nazirliyi,  Baş Prokurorluq, Ali Məhkəmə  və Daxili İşlər  Nazirliyindən  dəvət  edilmiş  mütəxəssislər  qanun  layihələri  ilə bağlı  fikirlərini  bildirdilər.
Hər  iki qanun layihəsi  Milli Məclisin müzakirəsinə  tövsiyə  edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU