MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tədbirlər
05 yanvar 2018 | 01:01   
Paylaşın:        

Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, təşkilatın yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcəkdir.
Təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir.
Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilmişdir. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil edilmişlər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər.


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU