AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
26 yanvar 2018 | 04:01   
Paylaşın:        
Yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. 
İclası açan komitənin sədri Eldar İbrahimov bildirdi ki, payız sessiyasında komitənin 5 iclası keçirilmişdir. Həmin iclaslarda 17 məsələ, o cümlədən 13 qanun layihəsi müzakirə edilmişdir. Payız sessiyası ərzində komitəyə 70 müraciət daxil olmuş, 12 nəfər vətəndaş qəbul edilmişdir.
Komitə sədri diqqətə çatdırdı ki, 2018-ci ilin yaz sessiyasında isə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi üzərində iş aparılacaq, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcəkdir.   
Sonra iclasda “Meliorasiya və irriqasiya haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə olundu.
Layihə barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə bildirdi ki, təklif olunan dəyişikliklər meliorasiya və irriqasiya sistemlərində sudan ödənişli istifadə qaydalarını Su Məcəlləsinin 97-ci maddəsinə uyğunlaşdırmaq məqsədi daşıyır. 
İclasda çıxış edən komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Cavanşir Paşazadə, Aydın Hüseynov və Tahir Süleymanov gündəlikdəki məsələlər barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.   
 Müzakirələrdən sonra “Meliorasiya və irriqasiya haqqında” Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU