MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
29 yanvar 2018 | 04:01   
Paylaşın:        
Yanvarın 29-da Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. 
Əvvəlcə 2017-ci ilin payız sessiyasında komitədə görülmüş işlər barədə hesabatı diqqətə çatdıran komitənin sədri Rafael Hüseynov bildirdi ki, payız sessiyasında komitənin 3 iclası keçirilmiş, 10 məsələ müzakirə edilmişdir. Sessiya ərzində komitəyə 126 müraciət daxil olmuş, 16 nəfər vətəndaş qəbul edilmişdir.
Sonra 2018-ci ilin yaz sessiyasında görüləcək işlərdən danışan komitə sədri bildirdi ki, yaz sessiyasında “Kinemotoqrafiya haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” qanun layihələri, həmçinin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq bir sıra digər qanun layihələri müzakirə ediləcəkdir.   
İclasda çıxış edən komitə üzvləri Jalə Əliyeva, Fəzail İbrahimli, Elmira Axundova, Ülviyyə Həmzəyeva və Əflatun Amaşov gündəlikdəki məsələlər barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.   
 Bununla da Milli Məclisin 2017-ci ilin payız sessiyasında Mədəniyyət komitəsində görülmüş işlər barədə hesabat qənaətbəxş hesab olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU