ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
29 yanvar 2018 | 04:01   
Paylaşın:        

Yanvarın  29-da  Milli Məclisin Elm  və  təhsil komitəsinin   2018-ci ilin yaz  sessiyasında ilk iclası  keçirildi. İclası  açan komitə  sədri  İsa  Həbibbəyli  yeni  ilin  və sessiyanın  başlanması  münasibəti ilə komitə  üzvlərini  təbrik  etdi, qarşıdakı  sessiyada onlara  uğurlu   fəaliyyət    arzuladı.
Sonra o,  ötən  sessiya  ərzində  komitədə görülən işlərdən danışdı. Bildirildi ki, 2017-ci il payız sessiyasında komitənin 3 iclası keçirilib, bu iclaslarda 21 qanun layihəsi müzakirə olunub. Bu qanunların əksəriyyəti payız sessiyasında parlamentin  müzakirəsinə tövsiyə edilib. “Peşə  təhsili  haqqında” qanunun  hazırlanmasından  geniş söhbət  açan  İsa  Həbibbəyli  bildirdi ki, sənədlə  bağlı işçi  qrupu  2  dəfə   toplanıb, ,  millət  vəkilləri   tərəfindən verilən  çox  faydalı  təkliflər nəzərə  alınıb. Bildirdi ki, bu  sənəd  də  tam  təkmil şəkildə  parlamentin müzakirəsinə  tövsiyə  edilib, yaz  sessiyasında  baxılmaq üçün gündəliyə  salınıb.
 Qeyd olundu ki, payız sessiyası dönəmində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 162  müraciət  daxil olub.   Bu  müraciətlər baxılması üçün komitə adından müvafiq orqanlara göndərilib və tam əksəriyyəti müsbət həllini tapıb.
İsa  Həbibbəyli payız sessiyası dönəmində komitədə 34 vətəndaşın  qəbul edildiyini, onların qayğı və problemlərinin həllində lazımi  köməklik  göstərildiyini dilə  gətirdi.  Millət  vəkilləri  Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı, çıxış  edərək  komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.  Hesabat  məqbul  hesab  edildi.
Sonra  komitə  sədri  yaz  sessiyasının  qanunvericilik işləri  planı  ilə bağlı məlumat  verdi. Bildirildi ki, qarşıdakı  sessiya  müddətində  komitədə “Tələbə kreditləri haqqında”, “Ümumi təhsil haqqında” yeni qanun layihələrinin və  digər  sənədlərin hazırlanaraq müzakirəsi planlaşdırılır. Müzakirələrdən  sonra  yaz  sessiyasının  qanunvericilik  işləri planı  təsdiqləndi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU