KEMPOÇULAR PARLAMENTDƏ

Tədbirlər
16 mart 2018 | 10:03   
Paylaşın:        

Martın 15-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun Kempo İdman Federasiyasının üzvləri ilə görüşü keçirildi.
Görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və “kempo”çular iştirak edirdilər.
Tədbirdə Əli Hüseynli bu idman növünü hüquqi baxımdan inkişaf etdirmək yönündə öz tövsiyələrini verdi.
Görüşdə Kempo idman növü və ümumiyyətlə, ölkəmizdə  idmanın inkişafı ilə bağlı müzakirələr aparıldı. Bildirildi ki, Kempo döyüş sənətinin tarixi çox qədimdir. Ruslar onu “Əlbəyaxa döyüş”, çinlilər “Tsuan-fa”, yaponlar “Kempo” adlandırırlar. Bu idman növü özündə döyüş fəndlərindən başqa çətin  vəziyyətlərdə ilk yardımı, təbii üsullarla müalicəni cəmləşdirir. Müasir dövrdə Kempo döyüş sənəti  bir neçə istiqamət üzrə  inkişaf etdirilir.
Federasiya üzvləri görüşdən sonra Milli Məclisin iclas zalı ilə tanış olub, Heydər Əliyev Xatirə zalına baş çəkiblər.
Sonda xatirə şəkli çəkilib.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU