AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 24-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, bugünkü iclasın gündəliyinə iki məsələ daxil edilib.
Qeyd edildi ki, “Torpaq islahatı haqqında” qanuna və Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi barədə məsələlər ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.
Sənədlərdəki dəyişiklikləri şərh edən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, Aqrar qanunverisilik bölməsinin müdiri Vilayət Əlizadə dedi ki, hər iki sənəd “Bələdiyyə torpaqlarınn idarə edilməsi haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır. Dəyişikliklər qəbristanlıqların yerləşdiyi torpaqların statusunu müəyyən etmək məqsədi ilə aparılmışdır.
Millət vəkilləri Eldar Quliyev, Tahir Süleymanov, Aydın Hüseynov, Cavanşir Paşazadə çıxış edərək sənədlərdəki dəyişikliklərin olduqca zəruri bir məsələni əks etdirdiyini, bu məsələnin qanunvericiliyə uyğunlaşdırılmasının vacib olduğunu vurğuladılar.
Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti