GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ GÖRÜŞ

Tədbirlər
25 iyun 2018 | 06:06   
Paylaşın:        

İyunun 25-də Milli Məclisin Gənclər  və idman komitəsində  “AzEdu.az” portalının və “Gənc  müəllim” şəbəkəsinin  birgə  təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq  Cümhuriyyətinin 100  illiyinə həsr olunmuş  “İlin gənc müəllimi” müsabiqəsinin qalibləri ilə görüş oldu.
Komitənin sədri  Ülvi Quliyev  tədbir  iştirakçılarını salamlayaraq bütün millət  vəkillərinin bu gözəl ənənəni alqışladığını  vurğuladı. Komitə  sədri bildirdi ki,  ulu öndər  Heydər  Əliyev  daim öz  çıxışlarında  insanlarda  vətənpərvərlik hisslərinin uşaq  vaxtından ailədən  və  məktəbdən  başladığını qeyd  edirdi. Sevindirici haldır ki, ümummilli  liderin  tövsiyəsi olan  bu ideoloji  xəttə bu  gün  təhsil sistemində dəqiqliklə əməl olunur.  Ülvi Quliyev  gənc müəllimlərə hər  hansı bir  istiqamətdə  komitə  tərəfindən istənilən dəstəyin göstərilməsinə hazır  olduqlarını bildirdi.
Tədbirdə  iştirak  edən millət  vəkilləri   Mahir Abbaszadə, Sevinc Hüseynova, Eldəniz Səlimov, Şahin İsmayılov gənc  müəllimlərin fəaliyyətləri ilə bağlı tövsiyələrini  bildirdilər, onlara  bu çətin  və məsuliyyətli işlərində  uğurlar  arzuladılar. 
Layihə  təşkilatçıları  və gənc  müəllimlər  belə bir  görüşün  baş tutmasına görə Milli Məclis rəhbərliyinə və millət  vəkillərinə  minnətdarlıqlarını bildirdilər.
Sonra  tədbirdə gənc  müəllimlərin şagirdlərlə birlikdə  hazırladıqları  Azəırbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə  həsr  olunmuş video-çarxlar  nümayiş  etdirildi,  müsabiqənin qaliblərinə  diplom və müxtəlif  hədiyyələr  verildi.

 

Milli  Məclisin
 Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU