HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
30 oktyabr 2018 | 02:10   
Paylaşın:        

Oktyabrın 29-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Əli Hüseynli gündəliyə daxil edilən  Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə,  Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar  məlumat verdi. O, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlər barədə danışdı. “Elektron Məhkəmə” informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin ümumi iş fəaliyyətində operativliyin təmin olunmasına müsbət  təsirlər  gətirdiyini, məhkəmə sisteminin müasirləşməsini təmin etdiyini vurğuladı.
Sonra iclasda iştirak edən Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid  Hüseynov  yeni  namizədlər  barəsində  məlumatı diqqətə çatdırdı. Qeyd olundu ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu, Xıdırov Əhliman Mehman oğlu  Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri  təyin edilir.
İclasda Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu,  Rəhimov Elmar Eldar oğlu,  Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Hüseyn Aida Əli qızı “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri  vəzifəsinə təyin edilməsi  məqsədə uyğun sayıldı. 
Bildirildi ki, Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu Gəncə Apellyasiya Məhkəməsinin, Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin,  Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu Şirvan Apellyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilir.
Deputatlar Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Rəfael Cəbrayılov, Elşən Musayev, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Tahir Kərimli namizədlikləri  təqdim olunan gənc  hakimlər barədə ürək sözlərini bildirdilər, onlara  gələcək  fəaliyyətlərində  uğurlar  arzuladılar. Millət  vəkilləri  məhkəmə-hüquq  sistemindəki islahatları  yüksək  dəyərləndirdilər, yeni təkliflərini səsləndirdilər.
Müzakirə olunan məsələlər parlamentin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU