YUBİLEY MEDALININ TƏQDİMAT MƏRASİMİNDƏ

Tədbirlər
12 noyabr 2018 | 05:11   
Paylaşın:        

Noyabrın 12-də Milli Məclisdə bir qrup millət vəkilinin  “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmaları ilə bağlı təqdimat  mərasimi  keçirildi.
Tədbiri  giriş  sözü ilə açan Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu günün əlamətdar bir gün olduğunu bildirdi. 12 noyabrın - ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunduğunu vurğulayan Mətbuat xidmətinin rəhbəri tədbir  iştirakçılarını bu münasibətlə təbrik etdi. O, həmçinin diqqətə çatdırdı ki, 2018-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Bu çərçivədə həm ölkəmizdə, həm də xaricdə mötəbər tədbirlər keçirilib  və bu hələ  də davam edir. Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas oldu. Xarici ölkələrdən xeyli sayda qonaqların qatıldığı tədbir yüksək səviyyədə keçdi.
Akif Təvəkküloğlu onu da  vurğuladı ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar möhtəşəm parad keçirildi. Paradda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etdilər. Xarici ölkələrin 100-ə yaxın nümayəndəsinin qatıldığı parad barədə dünyanın bir çox aparıcı informasiya vasitələri çoxsaylı reportaj  və informasiyalar yayımladılar. Bu, hər bir Azərbaycan vətəndaşı  üçün  qürurvericidir.
Sonra toplantıda iştirak edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Milli Məclis deputatlarının ordu quruculuğundakı fəaliyyətini, bu  sahədə qanunvericiliyin təkmilləşdirilməsindəki rolunu yüksək dəyərləndirdi. Bildirildi ki, Milli Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı bir sıra yubiley tədbirlərində  millət  vəkilləri olduqca  fəal iştirak edir, hər zaman Azərbaycan əsgərlərinin yanında olduqlarını  əməli şəkildə  göstərirlər.
Tədbirin sonunda  “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı haqqında Əsasnaməyə müvafiq olaraq Milli Məclis Sədrinin müavinləri  Bahar Muradovaya  və  Valeh Ələsgərova, parlamentin komitə  sədrləri Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov,  Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov və Səməd Seyidova,  millət  vəkilləri Aydın Mirzəzadə,  Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Fərəc Quliyev, Hikmət Məmmədov, Elman Məmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov və Hacı Salayevə respublikanın müdafiə naziri Zakir Həsənovun əmri əsasında Milli  Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı təsis olunmuş yubiley  medalı təqdim olundu. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU