YAPONİYA PARLAMENTİNİN DEPUTATI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Tədbirlər
17 dekabr 2018 | 06:12   
Paylaşın:        

Bakıda iki gün davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı, Yaponiya parlamentinin üzvü Masanobu Ogura dekabrın 16-da Şəhidlər xiyabanında olub.
Yaponiyalı deputat Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılan “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyub.
 Masanobu Oguranı Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları müşayiət ediblər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU