PARLAMENTDƏ İNSAN HÜQUQLARI MƏSƏLƏLƏRİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPUN İCLASI KEÇİRİLDİ

Tədbirlər
04 aprel 2019 | 10:04   
Paylaşın:        
Aprelin 3-də Milli Məclisdə İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun növbəti iclası keçirildi.
İclasda işçi qrupunun həmsədrləri - Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
Tədbirin əvvəlində Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclasda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən sənədlər, aparılan islahatlar müzakirə olundu, qaldırılan məsələlərə, görüləcək işlərə dair fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU