AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
20 iyun 2019 | 05:06   
Paylaşın:        

İyunun 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədr müavini Eldar Quliyev  gündəlik barədə məlumat verdi. Bildirdi ki, gündəliyə dörd məsələ daxildir.
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Sənəd, barədə bildirildi ki, 4 fəsil 21 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.  Müzakilərdə çıxış edən deputatlar İqbal Məmmədov, Elçin Quliyev sənəd barədə öz fikirlərini səsləndirdilər.
İclasda, həmçinin “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirə olundu.
İnzibati Xətalar və Gömrük məcəllələrində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə birinci oxunuşda baxılıdı. Qeyd edildi ki, qanun layihələri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədilə hazırlanıb.
Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU