İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
17 sentyabr 2012 | 04:09   
Paylaşın:        

Sentyabrın 17-də Milli Məclisin  İqtisadi  siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İslası açan komitə sədri Ziyad Səmədzadə  yaz və növbədənkənar  sessiyaları  zamanı görülən işlər  barədə məlumat verdi. O,  qeyd  etdi ki, rəhbəri olduğu komitə ötən dövrdə məhsuldar  işləmişdir.  Sessiyalar müddətində komitədə 40-a yaxın qanun layihəsi müzakirə olunmuşdur.
Komitə sədri  payız sessiyasının qanunvericilik işləri planı  barədə   geniş  söhbət  açaraq  dedi ki, qarşıdakı sessiya  da  gərgin iş qrafiki ilə seçilir. Qeyd olundu ki, Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət  Məcəlləsi işlər  planına  daxildir. Qərara alınıb ki, bu sessiya çərçivəsində məcəllə üzərində işlər sürətləndirilsin və bu il başa  çatdırılsın. Məcəllənin üçüncü oxunuşda müzakirəsinin komitənin payız sessiyasının gündəliyinə  salındığı vurğulandı.
Ziyad  Səmədzadə sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacağını, “Təhsil krediti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının koorperasiyası haqqında” qanun layihələrinin parlamentin plenar iclasına təqdim ediləcəyini bildirdi.  Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olundu.
Sonra komitə üzvləri “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın  dövlət  reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi  barədə layihələrdə  texniki xarakterli  dəyişikliklərə baxdılar. 
Hər iki sənədin Milli Məclisin  plenar  sessiyasının  müzakirəsinə  çıxarılması qərar alındı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU