BAKIDA TÜRKPA-nın TƏDBİRLƏRİ
TÜRKPA-nın 9-cu plenar iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş qonaqlar dekabrın 18-də səhər Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, xatirəsini ehtiramla andılar. Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin parlament nümayəndə heyətləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.
* * *
Elə bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 9-cu iclası keçirildi.
İclası TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop açaraq tədbirə uğurlar dilədi. Quruma üzv ölkələrin fəaliyyətlərini yüksək qiymətləndirən TBMM sədri qeyd etdi ki, başda Spiker Oqtay Əsədov olmaqla Azərbaycan parlamenti hər zaman TÜRKPA-nın fəaliyyətini dəstəkləyib, Qazaxıstan və Qırğızıstan parlamentləri də mühüm addımlar atıblar. Nəticədə gündən-günə güclənərək 11 yaşına çatan bu qurum ortaq tarixi, dili və mədəniyyəti olan türk xalqlarının birliyinin simvoluna çevrilib.
Bugünkü tədbirdə Özbəkistan parlamenti təmsilçilərinin qonaq qismində iştirakını alqışlayan Mustafa Şentop hələlik qurumdan kənarda qalan digər türk dövlətlərinin də TÜRKPA-ya qoşulmasını arzuladı. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istədiklərini dedi və bildirdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Sonra iclasda TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçdi.
TÜRKPA sədrliyini qürur hissi ilə təhvil aldığını bildirən Milli Məclisin Sədri Oqtay Əsədov öncə bu quruma sədrliyi dövründə səmərəli fəaliyyət göstərmiş Mustafa Şentop başda olmaqla Türkiyə Böyük Millət Məclisinə təşəkkürünü bildirdi.
Oqtay Əsədov məmnunluqla qeyd etdi ki, təşkilatın fəaliyyət göstərdiyi 10 ildən artıq müddətdə üçüncü dəfədir TÜRKPA-nın əsas tədbirləri Bakıda keçirilir. Əminəm, bu gün aparılacaq müzakirələr qarşılıqlı anlaşma şəraitində keçəcək. Artıq TÜRKPA böyük siyasi çəkiyə malik olan nüfuzlu parlament təşkilatına çevrilib. Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin inkişafına bu qurumun verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir.
Sonra çıxışında Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə həyata keçirəcəyi işlərə toxunan Milli Məclisin Sədri bildirdi ki, ötən illərdə başlanmış bütün önəmli işlər davam etdiriləcək. Üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması, model qanunların hazırlanması, komissiyaların fəaliyyətinin gücləndirilməsi, parlament aparatları arasında təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi, TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Oqtay Əsədov qurum üzvlərini əmin etdi ki, qarşıdakı dövrdə TÜRKPA-nın məqsədlərinin həyata keçməsi üçün Azərbaycan tərəfi lazım olan bütün tədbirlərin görülməsinə çalışacaqdır.
Sədr nəzərə çatdırdı ki, ötən dövrdə TÜRKPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Hazırda bu təşkilat dünyanın 179 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Təşkilatında müşahidəçi statusuna malikdir. ATƏT PA-nın fəaliyyətində TÜRKPA-nın qonaq statusunda iştirak etməsi barədə razılıq əldə edilib. Avropa Parlamenti və MDB PA ilə əməkdaşlıq əlaqələri qurulub. Bunlarla yanaşı, TÜRKPA-nın Baş katibi Parlamentlərin Baş Katibləri Assosiasiyasının üzvüdür ki, bu fakt da təşkilatın beynəlxalq nüfuzundan xəbər verir.
Oqtay Əsədov onu da qeyd etdi ki, 9 ildir TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyası üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini müşahidə edir. Missiya fəaliyyətini növbəti dövrdə də davam etdirəcək, gələn il ölkəmizdə keçiriləcək parlament seçkiləri TÜRKPA missiyası tərəfindən müşahidə ediləcəkdir.
TÜRKPA-nın yeni sədri bildirdi ki, Azərbaycanın sədrliyi dövründə qurum türk dünyasının diasporları arasında əməkdaşlığın inkişafına və müxtəlif layihələrin həyata keçirilməsinə dəstək verəcək, qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Çıxışını yekunlaşdıran Milli Məclisin Sədri Oqtay Əsədov əminliyini bildirdi ki, getdikcə daha mütəşəkkil qüvvəyə çevrilən TÜRKPA öz qarşısında dayanan bütün vəzifələri uğurla yerinə yetirəcək və xalqlarımızın problemlərini həll etməyin səmərəli vasitəsinə çevriləcəkdir.
Sonra TÜRKPA Şurasının 9-cu iclasında çıxış edən Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin Sədri Dastanbek Jumabekov dünyanın geosiyasi xəritəsində türkdilli xalqların yerinə və roluna toxundular. Əmin-amanlığın və sülhün qorunmasının vacibliyini qeyd etdilər. Bölgədə təhlükəsizliyin təmin edilməsi ən vacib məsələ kimi önə çəkildi. Vurğuladılar ki, TÜRKPA çərçivəsində ortaq fəaliyyət türk dünyasının inkişafına dəstək verəcəkdir.
İclasda parlament diplomatiyasının rolu yüksək dəyərləndirildi. Qeyd olundu ki, TÜRKPA çərçivəsində model qanunların hazırlanması vacibdir. Kiçik və orta biznesə dəstək verən qanunların qəbul edilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə yardım edər.
Qazaxıstan və Qırğızıstan parlamentlərinin spikerləri sosial, mədəni, humanitar sahələrdə nəzərdə tutulan tədbirlərdən də ətraflı söhbət açdılar.
Ümid ifadə olundu ki, yaxın gələcəkdə Özbəkistan və digər türkdilli dövlətlər də TÜRKPA-ya üzv ölkələr sırasına qoşulacaqlar.
Şura iclasının açılış mərasimi başa çatdıqdan sonra qurum üzvləri gündəlikdəki məsələləri müzakirə etdilər.
* * *
Nahar fasiləsindən sonra TÜRKPA-nın 9-cu plenar iclası öz işinə başladı. İclasda “Türk dünyasında parlament diplomatiyası: Sülh və təhlükəsizlik naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi. Tədbir Bakı Bəyannaməsinin qəbulu ilə daha yaddaqalan oldu.
Plenar iclas başa çatdıqdan sonra ailə fotosu çəkdirildi.
* * *
Uğurla başa çatan TÜRKPA-nın 9-cu plenar iclası çərçivəsində tədbirlər yekunlaşdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi.

Milli Məclisin
Mətbuat xidməti