ELM və TƏHSİL KOMİTƏSİNDƏ

Komitə iclasları
16 mart 2020 | 02:03   
Paylaşın:        

Martın 16-dA VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirildi.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə üzvlərini təbrik etdi, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrin yerinə yetirilməsində  deputatlara uğurlar arzuladı.
 Sonra 7 məsələdən ibarət gündəliyin müzakirəsinə başlandı. Öncə komitə sədri gündəlikdəki 4 qanun layihəsini ayrı-ayrılıqda ətraflı şərh etdi. Birinci oxunuşda müzakirəyə təqdim olunmuş “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi, “Elm haqqında” qanunda dəyişiklik edilməsi,  “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi, “Elm haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin  əsasən uyğunlaşdırma xarakteri daşıdığı bildirildi. 
Fikir mübadiləsində deputatlar Ceyhun Məmmədov, Etibar Əliyev qanun layihələrinə dair rəy və təkliflərini bildirdilər. Komitədə birinci oxunuşda müzakirə edilən həmin qanun layihələri konseptual baxımdan məqbul sayıldı və hamısı birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olundu.
İclasda V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyasında fəaliyyəti haqqında hesabat dinlənildi. Bildirildi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 13 məsələyə baxılıb. Deputatlar çox məhsuldar fəaliyyət göstəriblər.
İclasda hesabat qənaətbəxş sayıldı.
Komitənin 2020-ci ilin yaz sessiyasına dair iş planı da yekdilliklə təsdiqləndi.
Cari məsələlərin müzakirəsində koronavirus infeksiyasına dair Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən bəhs olundu.

 

 Milli Məclisin
Mətbuat xidməti


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU