AQRAR SİYASƏT KOMİTƏSİNİNN İCLASINDA

Komitə iclasları
18 sentyabr 2012 | 04:09   
Paylaşın:        

Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi.
Əvvəlcə 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə iştirakçılara məlumat verildi. Bildirildi ki, ötən dövrdə komitənin 3 iclası keçirilıb və 17 məsələyə baxılıb. Keçən sessiyada vətəndaşlardan komitəyə 76 məktub daxil olub, komitə sədri tərəfindən 47 nəfər qəbul edilib.
Eldar İbrahimov payız sessiyası ərzində komitənin işlər planı haqqınd danışdı. “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin qəbulunun vacibliyi vurğulandı, digər qanunlara dəyişikliklərin edilməsinin nəzərdə tutulduğu söylənildi.
Sonra “Heyvanlar aləmi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumat verdi. Bildirildi ki, bu sənədə edilən düzəlişlərin bəziləri bir sıra müddiaların “Ovçuluq haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi daşıyır. Bundan başqa vəhşi heyvanların qeyri-sərbəst şəkildə saxlanılmasının qarşısını almaq məqsədi ilə 24-cü maddəyə yeni bəndin əlavə edildiyi deyildi.
Çıxış edən millət vəkilləri müzakirə olunan məsələləri Milli Məclisin plenar iclasına tövsiyyə etdilər.


Milli Məclisin
Mətbuat xidməti 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU