MİLLİ MƏCLİSDƏ İLK DƏFƏ VİDEOKONFRANS KEÇİRİLDİ
Xəbər verildiyi kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi olaraq, Milli Məclis Sədrinin təşəbbüsü ilə Parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır.
Milli Məclisdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə Parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir.
Bu gün – martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilmişdir. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunmuş, geniş fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin
Mətbuat xidməti