AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN ONLAYN İCLASINDA

Komitə iclasları
31 mart 2020 | 06:03   
Paylaşın:        

Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirmişdir. Komitənin sədri Hicran Hüsenova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış etmişdir. Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri - Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan 2 məsələni  birinci oxunuşda müzakirə etmişlər.
Birinci məsələ - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununa uyğunlaşdırılması məqsədi daşıyır.  
İkinci məsələ - Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa  edilən əlavə və dəyişikliklər isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.
Müzakirələrdən sonra sənədlərin Milli Məclisdə müzakirəsi məqsədə uyğun hesab edilmişdir.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU