TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
03 aprel 2020 | 03:04   
Paylaşın:        

Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib. İclası komitə sədri Sadiq Qurbanov açaraq gündəlik barədə məlumat verib.
Bildirilib ki, müzakirəyə bir məsələ - “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, İşsizlikdən sığorta haqqında”,  “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təqdim edilib.
İclasa internet vasitəsi ilə qatılan komitə üzvləri məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar. Deputatlar qanunlara təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.
Komitə sədri Sadiq Qurbanov müzakirələrə yekun vuraraq məsələnin əhəmiyyəti barədə danışıb.
Tədbirin sonunda gündəlikdəki məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU