MİLLİ MƏCLİSİN MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
09 aprel 2020 | 04:04   
Paylaşın:        

Xəbər verildiyi kimi, koronavirus (COVİD-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasları da bu qaydada keçirilməkdədir. Komitənin martın 26-da, martın 29-da, aprelin 1-də və aprelin 8-də keçirilmiş iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Ziyafət Əsgərov təqdim edib.
Bu iclaslarda “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında”  qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətçəkmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi və “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuş, deputatlar bu məsələlərlə bağlı fikir mübadiləsi aparmış, rəy və təkliflərini vermişlər.
Müzakirəyə çıxarılmış qanun layihələri baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU