Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında

Komitə iclasları
22 aprel 2020 | 04:04   
Paylaşın:        
Aprelin 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib.
Komitənin sədri Səməd Seyidov bildirib ki, gündəliyə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   və “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihələri daxildir.
Bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında dəniz nəqliyyatı sahəsində təhsil və təlimin, dənizçilərə verilən ixtisas şəhadətnamələrinin qarşılıqlı tanınmasıdır. İkinci məsələ isə MDB iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsinin təkmilləşdirilməsi məsələlərini əhatə edir.
Onlayn iclasda çıxış edən komitə üzvləri Cavanşir Feyziyev, Azər Kərimli, Rasim Musabəyov, Asim Mollazadə, Sabir Rüstəmxanlı, Elman Nəsirov, Ramin Məmmədov, Ramil Həsən və Sahib Alıyev müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər.
Sonra gündəlikdəki hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU