Parlamentlərarası İttifaqda nümayəndə heyətimizin tərkibi müəyyənləşib
Azərbaycan Respublikasının Milli Məclisi Parlamentin beynəlxalq əlaqələrinin inkişafına böyük önəm verir. Nümayəndə heyətlərimizin Milli Məclisin üzv olduğu beynəlxalq qurumlarda fəaliyyəti Parlament rəhbərliyinin daim diqqət mərkəzindədir.
Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşmişdir. Qurumda nümayəndə heyətimizə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Şahin İsmayılov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Kamran Bayramov, Zahid Oruc və Məzahir Əfəndiyev daxildirlər.
Milli Məclisin
Mətbuat xidməti