ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
07 may 2020 | 02:05   
Paylaşın:        

Mayın 7-də Milli Məclisin  Elm və təhsil komitəsinin onlayn iclası  keçirilib. Komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə  məlumat verərək bildirdi gündəliyə 3 məsələ təqdim olunub.
Onlayn iclasda əvvəlcə “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə  edildi. 
Sonra komitənin onlayn iclasında “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  qanun layihəsi, eləcə  də  “İnsanın immunçatışmazlığı  virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında  xidmətkeçmə  haqqında”, “İcbarı sığortalar haqqında”, “Hərbi vəzifə və  hərbi xidmət  haqlnda”, “Sosial  xidmət haqqında”, “Dağınıq  skleroz  xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs  yerlərində saxlanılan hüquq və azadlıqlarının təmin edilməsi  haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər  təhsil  haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin  hüquqları haqqında” və “Məşğulluq  haqqında”  qanunlarda  dəyişiklik edilməsi  barədə sənədə baxıldı.
Bəxtiyar Əliyev bildirdi ki, bugünkü  gündəliyə  daxil edilən hər 3 məsələ  ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü  ilə Milli Məclisə daxil olub. Qanun layihələri “Əlilliyi olan  şəxslərin   hüquqları” haqqında  2018-ci il 31 may  tarixli  1153-VQ nömrəli  qanuna uyğunlaşdırma məqsədi daşıyır.  Sözügedən sənədlərə təklif edilən dəyişikliklər əlilliyi olan şəxslərin reabilitasiyası, tibbi, təhsil, peşə-əmək, psixoloji-pedaqoji problemlərinin  həlli ilə bağlı  hüquqi  tənzimləmə  məqsədi ilə aparılıb. 
Komitə üzvləri İsa Həbibbəyli, Musa  Qasımlı, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Şahin Seyidzadə onlayn iclasda  çıxış edərək sənədlərlə bağlı  fikirlərini bildiriblər.
İclasın sonunda hər 3 qanun layihəsinin Milli Məclisin plenar  iclasına  tövsiyə edilməsi qərara alınıb.


Milli Məclisin

Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU