Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Dekabrın 12-də Milli Məclisin inzibati binasının foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi qarşısında anım mərasimi keçirilib.
Milli Məclisin Sədri Sahibə Qafarova, Sədrin birinci müavini Əli Hüseynli, Sədr müavinləri Fəzail İbrahimli və Adil Əliyev Ulu öndərin abidəsi önünə əklil qoyaraq Ümummilli Liderə dərin ehtiramlarını ifadə ediblər.
Sonra parlamentin komitə sədrləri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və İşlər İdarəsinin müdiri abidənin qarşısına qızıl güllər düzüb, Ulu öndərin xatirəsini yad edibər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi