İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
09 oktyabr 2012 | 02:10   
Paylaşın:        

Oktyabrın 9-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu.
İclasda öncə Fazil İbrahimovun Hesablama Palatasının auditoru təyin edilməsi haqqında  məsələyə baxıldı. Komitənin sədri Ziyad Səmədzadənin  məlumatı dinlənildikdən sonra deputatlar bu məsələnin Milli Məclisin müzakirəsinə təqdim edilməsini məqsədəuyğun saydılar.
Sonra “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. 5 fəsil, 22 maddədən ibarət layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmət rəisi Oqtay Abbasov ətraflı məlumat verdi. Bildirdi ki, sənəd hazırlanarkən on bir nazirliyə və Milli Elmlər Akademiyasına göndərilib. Mütəxəssislərin təklifləri öyrənilərək nəzərə alınıb.
İqtisadi siyasət komitəsinin üzvlərindən Vahid Əhmədov, İlham Əliyev, Əli Məsimli və Aslan Cəfərov sənəd barədə rəylərini  bildirdilər. Deputatlar ikinci oxunuşa hazırlanmış qanun layihəsinə dair irad və təkliflərini diqqətə çatdırdılar.
Fikir mübadiləsinin yekununda  “Ölçmələrin vəhdətinin təyin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU